"Bu cür məlumatlar yersizdir və bu məsələni indidən şərh etmək yersizdir. Hazırda məhkəmə prosesi gedir.

Bu sözləri Unikal.org-un əməkdaşının sualına cavab olaraq AXCP sədrinin müavini Gözəl Bayramlınını sifarişli həbsiilə bağlı yayılan məlumatlara münasibət bildirərkən Baş prokuror Zakir Qaralov deyib.

Z. Qaralov açıqlamasında QHT və KİV-ləri Azərbaycan qanunlarına hörmət etməyə çağırıb: "Hal-hazırda aparılan cinayət işinin istintaqını şərh etməzdim. Çünki qarşıda istintaq və məhkəmə prosesləri var. Bu məsələdə xüsusilə nəyi vurğulamaq istərdim. Dəfələrlə bəyan eatmişik ki, özünü müxalifət adlandıranlar, istərsə də Qeyri-hökumət təşkilatları, müvafiq agentliklər və qəzetlər Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar. Öz fəaliyyətlərində istər vergi qanunvericliyi, istər gömrük qanunvericiliyini pozmamalıdırlar. Müxalifət QHT vasitəsiylə xarici havadarlarından ölkə daxilində pulları ala bilmədiyindən digər ölkələrdə gedib həmin pulları əldə edirlər. Saxta yollarla Azərbaycana gətirmək istəyirlər.Bunun qarşısı da qəttiyətlə alınıb.

Amid Əyyuboğlu
Unikal.org