Cüdo üzrə Azərbaycan komandası Zaqrebdə Qran-Pri yarışlarında güclərini sınayıblar.
Unikal.org azertac-a istinadən xəbər verir ki, Mehman Sadiqov 60 kiloqram çəki dərəcəsində cüdoçuların yarışında almaniyalı Maksimilian Heyder üzərində qələbə qazanıb, sonra Luki Mxeidzeyə qalib gəlib. Amma dörddəbir finalda ippon üsulu ilə Amiran Papinaşviliyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib.
Mehman birinci döyüşdə britaniyalı Eşli Makkenziyə qalib gəlib, amma bürünc medal uğrunda görüşdə rusiyalı Albert Oğuzova uduzaraq beşinci yerlə kifayətlənib.
Davud Məmmədsoy britaniyalı Samuel Halla qalib gəlib, sonra Türkiyə təmsilçisi Əhməd Kabaya vazari fəndi ilə uduzub.
Azərbaycan yığmasının qadın üzvlərinin hamısı birinci görüşdən sonra uduzublar: Bazarraqça Erdenebat (48 kq) Qabriyel Çibana (Braziliya), Buyanxışıq Purevsuren (52 kq) daha bir Braziliya təmsilçisinə - Cessika Pereyraya, İçinxorlo Munxtsedev (57kq) Kaye Kayzerə məğlub olublar.