"Oyun çətin oldu. Bunu gözləyirdik. Birinci setdə matça yaxşı başladıq. Sonradan topun qəbulunda problemlər yaranmağa başladı".
Unikal.org report-a istinadən bildirir ki, bunu qadınlar arasında voleybol üzrə Avropa çempionatının yarımfinal oyununda Hollandiyaya məğlubiyyətdən sonra (2:3) Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.
"Birinci setdə daha yaxşı, səhvsiz oynadıq. İkinci setdə topun qəbulunda problemlər yaşamağa başladıq. Hücum xəttinə top ötürə bilmədik. Bu da iki set məğlub olmağımıza gətirib çıxardı. 4-cü setdə geridönüş etdik, 4-cü setdə qızlar, deyərdim ki, voleybolun ən zirvə nöqtəsini, gözəlliyini göstərdilər. 5-ci setdə sona doğru toparlana bilmədik və məğlub olduq", - deyə o bildirib.