Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının  yarımfinal görüşü keçirilib.

Unikal.org  xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşıb. Komandamız finala gedən yolda Niderlanda uduzub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.