Bu gün qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb.
Unikal.org xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Hər üç setdə türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.
Serbiya komandası finalda Niderland voleybolçuları ilə qızıl medallar uğrunda yarışacaq.
Türkiyə millisi isə üçüncü yer uğrunda Azərbaycan yığması ilə üz-üzə gələcək.