Gürcüstanda futbol matçı zamanı faciəvi hadisə baş verib.
Unikal.org xəbər verir ki, "Zuqudi klubunun qapıçısı Şota Maminaşvili ölüb. 31 yaşlı qapıçı "VİT-Corciya ilə oyunda əvvəl məşq edərkən huşunu itirib.
Onu təcili olaraq xəstəxanaya çatdırıblar. Ancaq həkimlər qapıçının həyatını xilas edə bilməyiblər. Qarşılaşma təxirə salınıb.
Qeyd edək ki, Şota karyerasının əsas hissəsini Batumi "Dinamosunda keçirib. O, "Zuqudidə 2017-ci ilin yanvarından çıxış edirdi.