DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.
Unikal.org-un məlumatına görə, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: "Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.