Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" dünya mətbuatının da gündəmini zəbt edib. 

Unikal.org-un xəbərinə görə, bu dəfə təmsilçimizin uğuru İranda da müzakirə edilib.

Qonşu ölkənin TV-90 idman kanalının "Futbol 120" proqramının son buraxılışı "Qarabağa həsr edilib. 

Həmin verilişdə "Qarabağ"ın uğurları, tarixi, nəticələri haqqında məlumat öz əksni tapıb. 

Filmdə o da bildirilib ki, "Qarabağın məlum zəfərindən sonra bütün dünya mediasının diqqəti "Qarabağın təmsil etdiyi Ağdama, bütovlükdə Qarabağa yönəldi, münaqişə haqda geniş reportajlar hazırlandı.

Eyni zamanda, iranlı həmkarlarımız Qarabağ probleminə və dünya ictimaiyyətinin bu həqiqətə biganə qalmasına da toxunublar.