Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.