"Romanın əfsanəvi oyunçusu Françesko Totti məşqçilik lisenziyası almaq üçün qeydiyyatdan keçdiyi kursu yarımçıq buraxmalı olub.
Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ba rədə İtaliya Məşqçilər Assosiasiyası məlumat yayıb.
Bildirilir ki, Totti bu dönəmdə kursa getməsinin mümkün olmadığını və bu səbəbdən belə addım atdığını quruma söyləyib. Tottinin yerinə kursda "Romanın digər sabiq futbolçusu Simone Perrotta iştirak edəcək.