Azərbaycanlı atlet ən yaxşılar sırasına adını yazdırıb.

Unikal.org qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yüngül atletika üzrə Türkiyə təmsilçisi azərbaycanlı Ramil Quliyev Avropanın 2017-ci ildə ən yaxşı 3 atleti sırasında yer alıb.

Siyahıda digər namizədlər fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Xatırladaq ki, Ramil Quliyev bir müddət öncə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq azərbaycanlı kimi tarix yazmışdı.