Prezident İlham Əliyev"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Unikal.org-un məlumatına görə, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, â„– 1, maddə 33, â„– 5, maddə 782) aşağıdakı dəyişikliklər edilib:
Fərmanın 1-ci hissəsində "8 370 589,8 və "14 483 856,0 rəqəmləri müvafiq olaraq "10 813 861,6 və "15 242 928,0 rəqəmləri ilə əvəz edilsin.
2-ci hissədəki cədvəlin 2.1-ci bəndində "7 550 705,3 rəqəmləri "9 826 212,0 rəqəmləri ilə, 2.2-ci bəndində "3 465,0 rəqəmləri "3 605,5 rəqəmləri ilə, 2.3-cü bəndində "16 830,0 rəqəmləri "17 688,5 rəqəmləri ilə, 2.4-cü bəndində "799 094,6 rəqəmləri "963 948,0 rəqəmləri ilə, 2.5-ci bəndində "495,0 rəqəmləri "2 407,6 rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə "8 370 589,9 rəqəmləri "10 813 861,6 rəqəmləri ilə əvəz edilsin.
3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Sıra â„–-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 105 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Türkiyə Respublikasında "STAR neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 744 072,0 |
3.9. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
Cəmi | 15 242 928,0 |
Fərmana aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
"1.8. Türkiyə Respublikasında "STAR neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.