Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı artırılıb.
Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
Dövlət Neft Fondunun büdcəsində 2017-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər 15 milyon manat artırılıb və 90 milyon manatdan 105 milyon manata çatdırılıb.