Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Qara Qarayev prospektində, şadlıq evlərindən birinin yaxınlığında 1985-ci il təvəllüdlü Orucov Ramin Əbülfəz oğlu qadın tanışı ilə mübahisə edib.
Nəticədə qadın R.Orucova bıçaq xəsarətləri yetirib. Yaralı təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.