Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib.

Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb.

V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı.