Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında srəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".