DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi evdə Çexiya yığması ilə qarşılaşıb.
Unikal.org-un məlumatına görə, oyun Bakı olimpiya stadionunda keçirilib. Oyunda hesabı 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yan Kopiç açıb. Əfran İsmayılov matçın 55-ci dəqiqəsində penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Lakin 11 dəqiqə sonra Antonin Barak Çexiya yığmasını yenidən hesabda irəli çıxarıb.
Oyun 2:1 hesabı ilə Çexiya yığmasının xeyrinə başa çatıb.