İtaliyanın futbol üzrə milli komandasının keçmiş oyunçusu Kristian Zakkardo internetdə iş axtarma saytında elan yerləşdirib. Bir müddət sonra italyan müdafiəçi  özünə iş tapıb. 

Unikal.org xəbər verir ki, bu barədə "La Gazetta dello Sport məlumat yayıb. 

35 yaşlı futbolçu Maltanın birinci liqa təmsilçisi "Hamrun Spartansla anlaşıb. Zakkardo artıq yeni komandasında məşqə də çıxıb. Müdafiəçinin oktyabrın 15-də yeni komandasının heyətində ilk oyununa çıxacağı gözlənilir. 

Xatırladaq ki, 2004-2007-ci illər aralığında İtaliya millisinin şərəfini qorumuş Zakkardo, DÇ-2006-da çempion olan heyətdə də yer alıb.

O, futbolçu karyerası ərzində "Parma, "Milan, "Bolonya kimi klublarda forma geyinib.