Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 173 mln. 653,49 min manat təşkil edib.
Unikal.org qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə daxilolmalar 70 mln. 26,83 min manat və ya 67,58% artıb, cari ilin avqust ayı ilə müqayisədə isə 106 mln. 474,91 min manat və ya 38,01% azalıb.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,90 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.