Yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Unikal.org-a verilən məlumata görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 milyard 224 milyon 482,9 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.