Xəbər verdiyimiz kimi, daxili işlər orqanlarının əməkdaşları Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirliyin ayrı-ayrı strukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Axundov və Hüseyn Abbasov, Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.
Həmin əməliyyatdan görüntüləri sizlərə təqdim edirik: