Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. 

Unikal.org-un məlumatına görə, Daşkənddə baş tutan Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion titulunu qazanan Vüqar Şirinli cədvəldə 66 pillə irəliləyib. Reytinq xalını 890-a çatdıran həmyerlimiz 32-ci yerə yüksəlib.

Qran-pridə 3-cü yeri tutan Telman Vəliyevlə (73 kq) Fəqan Quluzadə (81 kq) isə daha çox irəliləyiblər. Vəliyev 92 rəqibini arxada qoyduğu halda, digər cüdoçumuz 86 pillə yuxarı qalxıb. Onlar müvafiq olaraq, 57-ci və 61-ci yerdə qərarlaşıblar.

Millimizin aparıcı üzvlərinə gəlincə, onların mövqeyində demək olar ki, ciddi dəyişiklik yoxdu.