Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İntizam Komissiyası qurumun prezidenti Çinq-Kuo Vunu vəzifəsindən kənarlaşdırıb. 

Unikal.org-un məlumatına görə, komissiyanın belə qərar verməsinə bir neçə səbəb olub.
Bunlardan birincisi Çinq-Kuo Vunun İcraiyyə Komitəsinin üzvlərindən bəzilərinin AİBA-dan kənarlaşdırmaq istəyidi. Həmçinin, Vu AİBA-nı müflis vəziyyəti gətirdiyi iddia olunur. O, hətta təşkilatın növbədənkənar konqres keçirməsinə də mane olub.

Qeyd edək ki, Vu 2006-cı ildən AİBA-nın prezidentidi. O, bu postda pakistanlı Ənvər Çoudrini əvəzləmişdi. 2012-ci ildən BOK-un İcraiyyə Komitəsinə üzv olan funksioner 2014-cü ilin noyabrında növbəti dəfə AİBA rəhbəri seçilib.