Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda birinci divizionun 2-ci turunda qeydə alınmış qayda pozuntularına baxılıb.
"Xəzər - "Turan Tovuz matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
"Şüvəlan - "Ağsu qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəməli olacaq. Oyunun 79-cu dəqiqəsində "Şüvəlanın futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
"Mil-Muğan - "Binə matçının 90+3-cü dəqiqəsində qəsəbə təmsilçisinin futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 20 manat cərimə ödəyəcək.
AFFA İntizam Komitəsi 2-ci turda baş vermiş qayda pozuntularına görə ümumilikdə birinci divizion klublarını 200 manat məbləğində cəzalandırıb.