"Bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb".
Unikal.org xəbər verir ki, APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitinin geniş tərkibli iclasında bildirib.
O, Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: "Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur".
Rusiya prezidentinin fikrincə, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir.