"Monako Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaşla ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş "Lionla səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi "Monakoya müraciət edərək, bu qaşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını bildirib. "Knyazlıq klubu bundan sonra matçın keçiriləcəyi "II Lui stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.
"Monako türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmaq, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.
Oyunöncəsi "II Lui stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq.
"Monako - "Beşiktaş matçı oktyabrın 17-də keçiriləcək.