Gəncə şəhərində qətl hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada yaşayan 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, Gülmira Səfixanova bıçaqlanaraq öldürülüb. Qadın evdə tək yaşayırmış.
Faktla bağlı cinayət işi başlanıb.