Bu gün "İmarət Fan-klubunun təşəbbüsü ilə "Qarabağın kapitanı Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşüb.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasının mümkünlüyü məsələsinə də toxunub.
O bildirib ki, millidə işləmək çətin və məsuliyyətli işdir: 35 yaşlı futbolçu onu da deyib ki, hələ Robert Prosineçkinin millidə qalıb-qalmayacağı bilinmir: "Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".
Azərbaycan futbolundakı problemlər barədə də danışan R.Sadıqov bildirib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Dzekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".
"Qarabağ"ın kapitanı dünən düşdüyü avtomobil qəzasından da danışıb: "Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Xəsarət almamışam. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm.