Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.