Rusiya polisi ötən gün 56 yaşlı azərbaycanlı "qanuni oğru" Yunus Nəzərovu saxlayıb.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Yunus Bakinski adı ilə tanınan Nəzərov Rusiyanın miqrasiya qanunlarını dəfələrlə pozduğu üçün bu ölkəyə gəlməsinə ömürlük qadağa qoyulub.
Qərar Podolsk şəhər məhkəməsinin qərarı ilə elan olunub. Məlumata görə, son 2 ildə azərbaycanlı avtoritet 4 dəfə Rusiyada qanunsuz yaşadığı üçün saxlanılıb və o, hər dəfə geri dönüb.
Sonuncu dəfə avqustun əvvəllərində Ulyanovsk şəhərində saxlanılmışdı.
Yunus Nəzərovun 2008-ci ildə Bakının 1 saylı cəzaçəkmə müəssəsində cəza çəkdiyi zaman balta ilə ağır xəsarət almışdı. Sonradan onun məhbuslardan birini zorladığı və bundan bezən həmin şəxsin yuxuda olarkən Nəzərovu öldürməyə cəhd göstərdiyi bildirilir.
Həmin hadisədən sonra oğru aləmi Nəzərovla münasibətləri minimuma endirmişdi.