Ötən gecə paytaxtın Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, NZS qəsəbəsində 29 yaşlı Səbuhi İsmayıl oğlu Əhmədov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Döş qəfəsindən çoxsaylı kəsilmiş-deşilmiş yaralar alan S.Əhmədovun vəziyyəti ağırdır.
Hazırda Xətai Rayon Polis İdarəsində hadisənin səbəbləri araşdırılır.