Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin cənub istiqamətində, Cəbrayıl ətrafında təxribata cəhd edən düşmən hərbçisi məhv edilib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, məlumatı Azərbaycanın Müdafiə Nazirliyindəki mənbələr verib.

Məlumata əsasən, öldürülən erməni ordusunun 40 yaşlı könüllü hərbçisi Albert Saakyandır.

Qeyd edək ki, düşmən "4 günlük müharibə"dən sonra, düşmənin cəbhəboyu mövqelərimizə hücum cəhdi intensiv şəkil alıb.