Dünya şöhrətli aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Munla görüşüb.
Unikal.org anspress-ə istinadən məlumatına görə, aktrisa aktiv ictimai-siyasi fəaliyyətini davam etdirir. Coli baş katib ilə görüşmək üçün Hollandiyaya yola düşüb.
Hollivud ulduzu Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin iclasında hərbi cinayətlərin qurbanlarının müdafiəsi haqqında nitqlə çıxış edib. O, seksual zorakılıq mövzuları, qaynar nöqtələrdə qadınlara və uşaqlara qarşı amansız münasibətlərdən də danışıb. Ancelina ilə Pan Gi Mun Suriyadakı humanitar vəziyyəti də müzakirə edib.