İndoneziyalı qapıçı Çoyrol Xuda oyun zamanı komanda yoldaşı Ramon Rodriqeslə toqquşma nəticəsində dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, "Persela klubunda çıxış edən qolkiper ölkə çempionatı çərçivəsində "Semen Padanqla qarşılaşmanın birinci hissəsinin sonlarında rəqib komandanın təhlükəli hücumçunu dəf etməyə çalışarkən çiyin-çiyinə çıxış etdiyi Rodriqeslə toqquşub. Hadisənə dərhal sonra qapıçı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun baş və boyun nahiyəsindən aldığı ciddi xəsarət səbəbindən öldüyü bildirilib.
Qeyd edək ki, 38 yaşlı qapıçı ilk yarının sonlarında əvəzləndiyi üçün oyun davam etdirilib. Qarşılaşma isə "Perselanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.