Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Unikal.org xəbər verir ki, Avropa Liqasının L qrupunun "Vardar (Makedoniya) - "Real Sosyedad (İspaniya) oyunu Ağayevə həvalə edilib. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Oyun oktyabrın 19-da keçiriləcək.