Azərbaycan Qılıncoynatma Federasiyasında növbəti qalmaqal yaranıb. Federasiyanın keçmiş prezidenti Nazim İbrahimovun rəhbərliyi zamanında birinci katib postunu tutmuş Asəf Məlikov, 82 yaşlı vitse-prezident Yaşar Məmmədovu pedofiliyada ittiham edib.
Bunu şifahi formada yox, Beynəlxalq Federasiyanın və Avropa Qılıncoynatma Konfederasiyasının rəhbərliyinin adına göndərdiyi məktublarda yazılı şəkildə edib. A. Məlikov öz yazdıqlarını daxili işlər orqanların da göndərib.
Məsələ ilə bağlı Yaşar Məmmədovla əlaqə saxladıq. O, Unikal.org-a açıqlamasında Məlikovu məhkəməyə verəcəyini bildirib:
"Bu ayın 19-da məhkəmə olacaq. Bundan əlavə qızlarımız da şikayət edib. Lakin onların öz vəkilləri var və məhkəməsi başqa tarixdədir. Mənə deyirlər onun başında çatmır.
Nazim İbrahimovun rəhbəri olduğu dövrdə onu saymırdılar. Mənimlə münasibəti yaxşı olan vaxtlarda adıma zal açmaq istəyirdi. Bir dəfə gəlib mənə dedi ki, prezident aparatı ilə yaxınlığım var, Bəylər müəllimə də şikayət yazmışam. O zaman anladım ki, yalan danışır və nəticədə onu qovdum.
Hər zaman Nazim İbrahimova qarşı çıxış edirdi. Əlimdə haqqımda yamlış fikirlər səsləndirdiyinin səs yazısı var. Onu da məşqçilərdən biri danışdırıb, səsini yazıb. Sonra da mənə qulaq asdırmışdı. Mən də həmin səs yazısını məhkəməyə təqdim etmişəm. Səsdə deyir ki, "məhkəmədə deyəcəm "pedofil sözünün mənasını tam bilmədiyim üçün o ifadəni işlətmişəm. Bununla da uzaq başı 300-400 manat cərimələyəcəklər. Amma əvəzində mən Yaşarı bütün dünyada biabır edəcəyəm".
Onun başı üçün, 300 min təzminat istəmişəm. Bir az öncə də dedim, qızlarımızın ayrı məhkəməsi olacaq. Onlar isə 100 min manat təzminat tələb ediblər. Onun evləri, maşınları var. Qoy, hamısını satsın, canı çıxıb pulu ödəsin. Mikayıl Cabbarovla dadanışdım. Deyirdi "bəlkə lazım deyil. Federasiyada qalmaqal olmasın. O zaman dedim "sizlik bir şey yoxdur.
Təsəvvür edin, Sevinc və Sevil Bunyatova əkiz bacılarının 28 yaşı var. Onlar uşaqlıqdan qılıncoynatma ilə məşğul olurlar. Biz bir çox yarışlarda olmuşuq. Belə ittihamları necə fikirləşmək olar?.
Aygün İlqarqızı