Suriyada atəşkəs rejimi təhlükə altındadır.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
"Suriyada vəziyyət təhlükəli olaraq qalır. Atəşkəs rejiminə ümumilikdə əməl olunsa da, onun qorunub saxlanılması üçün təcili tədbirlər görülməlidir. O ki qaldı humanitar sahəyə, burada irəliləyiş var, lakin bu kifayət deyil", deyə de Mistura bildirib.
Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.