İngilis boksçusu Louis Adolphe raund dayandırıldığı zaman rəqibinə bir yumruq səbəbiylə diskvalifikasiya edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bokusçu Louis Adolphe və Nathan McIntosh arasında "Wembley Arenada döyüşüblər. Bu zaman ringdə nadir bir hadisə baş verib. Belə ki, hakim iki idmançı arasında döyüşün davaya çevrildiyini görüncə raundu dayandırmaq qərarını verib. Ancaq İngiltərə boksçusu Adolphe hakimin qərarına fikir vermədən rəqibinə bir yumruq zərbəsi endirib və bu zaman Nathan McIntosh nokauta düşüb.
Luis Adolphe bu hərəkətindən sonra əllərini havaya qaldıraraq özünün qələbəsini elan etsədə, hakimin qərarını saymadığı üçün qələbə McIntosh qazanıb.