AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 8-ci turunun "Səbail - "Neftçi matçının 85-ci dəqiqəsində "Neftçinin futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 8-ci turunun "Zirə" - "Kəpəz matçında "Zirənin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun MOİK - "Şüvəlan matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun "Binə - "Qaradağ Lökbatan matçında "Qaradağ Lökbatanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 3-cü turunun "Turan Tovuz - "Mil-Muğan matçında "Turan Tovuz və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində "Mil-Muğanın futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.