Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub. Teatrın mətbuat xidmətindən Apa-ya bildirib ki, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

"Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib, - deyə teatrdan bildirilib.


Dünən Akademik Milli Dram Teatrında oynanılan "Almaz tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

Unikal.org xəbər verir ki, Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də "Almazda Ocaqqulunu oynamalı ikən, trupppa müdiri zəng edib onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: "Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. "Qətibə İnancda məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyor Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etdiyim də olmayıb

Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bu məsələdən danışmışdı: "Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır.