Oyun qolsuz başa çatdı. "Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı.

xxx

75-ci dəqiqədə mübahisəli epizod olub. Ndlovu rəqib müdafiəçini keçərkən yerə yıxılıb. Hakim bunu simulyasiya kimi dəyərləndirib və ikinci sarı kartla cəzalandırıraq meydandan qovub.

xxx

İlk hisssə qolsuz bərabərliklə başa çatdı

xxx

Hakimin start fiti ilə oyun başladı.

Qeyd edək ki, oyunu 50 minə yaxın azarkeş stadiondan izləyir.

xxx

Bu gün "Qarabağ Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

Unikal.org-un məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edir. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlir.

Qrupun digər görüşündə "Roma" "Çelsi"nin qonağı olacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsiyə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Romaya 1:2 hesabı ilə uduzub.