"Azərbaycan Dəmi Yolları QSC və "Rusaqrotrans QSC tərəfindən təsis edilmiş "AzRusTrans QSC 10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verdı, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü oldu və meşə məhsulları tədarükü bazarındada öz yerini tutdu.
Bir il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.
"AzrusTrans şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Kars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Kars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln ton taxl və taxıl məhsulları və əlavə 2 mln tonn taxıl istehsalı üçün xam mal tədarük olunur. AzRusTrans şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.
Hal hazirda Astara ərazinidə taxıl terminalının tikinti lahıyəsi üzrə işlər aparılır, lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir - Həştərxan və Mahaçkala limanları. Bu limanlarda hazırda ildə 1,6 mlt ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını dahada möhkəmləndirəcək.
Baxmayaraq ki, "AzRusTrans əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin "Transles QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gəlləəcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.
Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün AzRusTrans şirkəti amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkək, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.
AzRusTrans şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisndə tərəfdaşın olması hesabına isə "AzRusTrans, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.
Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq. "AzRusTrans gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət "Azərbaycan Dəmir Yolları-nın operatoru qismində 10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.