"Bakıda qalib gələ bilməyəcəyimiz təqdirdə, işimizi çətinə salacağımızı bilirdik. İndi qrupdan çıxmaq üçün qalan 3 oyunumuzda qələbə qazanmalıyıq.

Unikal.org report-a istinadən xəbər verir ki, bunu İspaniya "Atletikosunun futbolçusu Saul Nyiqes Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağla qolsuz heç-heçəni xarici mətbuata şərh edərkən deyib.

22 yaşlı yarımmüdafiəçi "Qarabağın yaxşı təsir bağışladığını bildirib. O, "Atletiko"nun matçın əvvəllərində ələ düşən fürsətlərdən yararlana bilmədiyini vurğualayıb: "Rəqib hər şeyi çox yaxşı etdi. Biz isə şanslarımızdan yararlana bilmədik. İlk dəqiqələrdə qol imkanlarımız oldu. Bundan sonra sadəcə oynamayacağıq, ürəklə çalışacağıq. Vəziyyətimiz çətinləşib. Amma bilirik ki, irəli getməyi bacararıq. Qol vurmaqla bağlı problemimiz varmı? Rəqibin qapısı önündə sakit və təmkinli olmalıyıq. Bu, bizdə yoxdur.

Saul deyib ki, "Atletiko Bakıda komanda şəklində lazımı səviyyədə çıxış etməyib. O, ilk dəqiqələrdə çox tələsik oynadıqlarını söyləyib: "Oyuna çox istəklə başladıq və ilk yarının sonlarında təzyiqi daha artırmışdıq. Böyük bir komandamız var. Digər 3 matçda qələbə qazanmaq öz əlimizdədir. Bunun üçün çalışacağıq. Məsələ bir oyunçuda deyil. Bəli, Qrizmann vəziyyəti istənilən an dəyişə biləcək səviyyədədir. Lakin ümumilkdə komanda lazımi səviyyədə deyildi.
Qeyd edək ki, "Qarabağ Çempionlar Liqasında növbəti oyununu oktyabrın 31-də Madriddə "Atletikoya qarşı keçirəcək.