Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Karate Federasyasında maaş qalmaqalı yaşayıb. Federasiya 6 aydır ki, maaş üzünə həsrət qalıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, iş o yerə çatıb ki, qurum hazırda "İnter Arenanın daxilində olan məşq etdikləri zalı da tərk edə bilərlər.

"Aqrarkredit QSC idarəçiliyində olan "İnter Arenadan idmançıları çıxarmaq ehtimalı var.

Belə ki, rəhbərlik karateçilərə və "İnter klubuna hələlik arenada məşq etməyə icazə verib. Lakin bu müvəqqəti haldır.

Həm futbolçular, həm də karateçilər yaxın zamanda arenanı tərk etməli, yeni məkan tapmalıdırlar. "İnter klubu arenaya icarə pulu ödəyə bilmədiyi üçün sadəcə, kommunal xidmətlərini ödəməklə kifayətlənirlər.

Qeyd edək ki, oktyabr ayının 28-dən etibarən "İnter adını dəyişərək "Keşlə adıyla fəaliyyət göstərəcək.


Aygün İlqarqızı