"Siyasətdə baş verənlər idmanda da təkrar olunur".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edərkən bildirib.
"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkçisi əlavə edib.