Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Unikal.org-un məlumatına görə, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişiklikləri nəticələnib.
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk "100-lüyündə yeganə Azərbaycan klubu "Qarabağdı. İspaniyanın "Atletiko klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.
Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən "Qarabağ irəliləməyə də müvəffəq olub.
Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdi. Təmsilçimiz Hollandiya "Feyenoordu ilə eyni göstəriciyə malikdi.
"Atletiko ilə qarşılaşmayadək 18,500 xalı olan "Qarabağ Belarus BATE-si ilə 70-ci yeri bölürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, "Betis, "Real Sosyedad və "Seltanı arxada qoyub.
Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə "Qarabağın 23,225 xalı var.
Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya "Realı başçılıq edir.