Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsə qaçıb aradan çıxmağa macal verməyiblər.
DİN-dən unikal.org-a verilən məlumata görə, oktyabrın 18-də saat 9 radələrində "Moskva" ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.