Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub.
Unikal.org report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Bakı-Salyan şossesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.
Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.