Türkiyənin "Sabah qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bununla bağlı o "Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına "Qarabağ yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb.
Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.
Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan qeyd edib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".
O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".
Qeyd edək ki, tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda "Sabah qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin "Sabah qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verib.
O sosial şəbəkədə bildirib ki, ən böyük fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır:
"Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman "ezik olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış "Qarabağ adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun.
Bütün bu olaylardan sonra Türkiyənin sözügedən məqalənin müəllifi Mövlud Tezel Azərbaycan xalqından üzr istədi.
O, tərəfdarların A4 kağızına "Qarabağ yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.
"Qafqazinfo xəbər verir ki, qalmaqallı yazının müəllifi M.Tezel sosial şəbəkədə Azərbaycan xalqından üzr istəyib:
"Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm.