Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Qızıl oğlan mükafatına namizədlər açıqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, İtaliyanın "Tuttosport nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.
Bunlar Fransa yığmasının üzvləri - Killyan Mbappe (PSJ) ilə Usman Dembele ("Barselona) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur ("Mançester Siti).
Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.
Qeyd edək ki, 2016-cı ildə "Qızıl oğlan mükafatına Portuqaliya millsinin üzvü Renatu Sanşeş layiq görülüb.